"Arsenal"ın zədəli kapitanı Martin Edeqor noyabrda komandanın sıralarına qayıdacaq.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Danimarka millisinin üzvü sentyabrda Millətlər Liqasında qrup mərhələsinin ll turunda Avstriyaya qarşı oyunda topuğundan zədələnmişdi. Qeyd edək ki, London təmsilçisi oktyabrın 27-də İngiltərə Premyer Liqasında "Liverpul"la qarşılaşacaq.