Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatında uğurlu çıxış edən idmançılar təltif edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Qurumun vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov medal qazanan idmançıları, onların inkişafında və hazırlığında böyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltif ediblər. Əldə olunan nailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına töhfə verdiyi vurğulanıb. Zemfira Meftaxetdinova və Tofiq Bəylərov atıcıları təbrik edərək, onların böyük iradə və əzmkarlıq nümayiş etdirdiklərini, gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inandıqlarını söyləyiblər.