Azərbaycanın batut gimnastları Çexiyanın Yablones nad Nisou şəhərində keçirilən 51-ci beynəlxalq dostluq yarışında finala yüksəliblər.
“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Əli Niftəliyevlə Ammar Baxşaliyev, Fərhad Mustafayevlə Ömər Qasımlı, Hüseyn Abbasovla Nicat Mirzəyevdən ibarət kişi, Ayan Şabanova ilə Samirə Hüseynovadan ibarət qadın cütlüyü sinxron proqramda həlledici mərhələyə vəsiqə qazanıblar. Oktyabrın 11-də start götürən turnirə bu gün yekun vurulacaq.