Meksika millisinin sabiq futbolçusu Kuautemok Blanko təcavüzə cəhddə ittiham olunur.
“İki sahil” xəbər verir ki, bu barədə "El Financiero" nəşri məlumat yayıb. Hazırda siyasətçi olan keçmiş hücumçunun ögey bacısı iddia irəli sürüb. Qadın daha əvvəl qubernator vəzifəsində çalışmış Blankonun ona təzyiq göstərdiyini və işdən çıxarmaqla hədələdiyini bildirib. Morelos əyalətinin Baş Prokurorluğu məsələ ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, 1995 - 2014-cü illərdə Meksika yığmasının formasını geyinən Kuautemok Blanko 1999-cu ildə komanda ilə Konfederasiyalar Kubokunu qazanıb.