AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub.
“İki sahil” xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən yarışın qalibi “Azəri” komandası olub. “Ümid” ikinci, “Bakı” isə üçüncü yeri tutub. Turnirin sonunda komandalar mükafatlandırılıblar. Həmçinin fərdi mükafatlar da təqdim edilib. Elvin Şeydəbəyov (“Azəri”) 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Onun komanda yoldaşı Yusif Əzimzadə ən yaxşı qapıçı seçilib. Turnirin ən yaxşı futbolçusu adına isə Amil Sadıqov (“Ümid”) layiq görülüb
“Payız turniri”nin son iki günündə qeydə alınan nəticələr:
"Zirvə" - "Bakı" – 1:7
"Şimşək" - "Azəri" – 1:11
"Ümid" – "Zirvə" - 13:0
"Bakı" – "Şimşək" – 4:1
"Ümid" – "Bakı" – 5:1
"Azəri" - "Zirvə" - 12:0
"Şimşək" – "Ümid" – 2:7