Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirməkdir.
“İki sahil” xəbər verir ki, bunu Bakıda səfərdə olan sabiq futbolçu Mesut Özil deyib.
"Bu sahədə də uğur qazana biləcəyimi düşünürəm. Təcrübəmi yeni nəsillə bölüşmək niyyətimdəyəm. Əhalisi az olan ölkələrdən ulduz futbolçular çıxır. Niyə bizdə də olmasın?", - deyə keçmiş yarımmüfafiəçi vurğulayıb.
Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.