"Real"ın baş məşqçisi Karlo Ançelotti komandadakı gücünü tədricən itirir.
“İki sahil” xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
“Kral klubu”nun futbolçuları hazırda komanda oyunundan daha çox fərdi oyuna kökləniblər. Mövsümün əvvəlində klubun gözlənilən nəticələri qazanmaması səbəbindən Ançelottinin böyük təzyiq altında olduğu vurğulanır.
İspaniya La Liqasının 9 turundan sonra "Real" 21 xal toplayıb və lider "Barselona"dan 3 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Çempionlar Liqasının ümumi mərhələsinin iki turundan sonra isə komanda 3 xal qazanıb və ümumi sıralamada 23-cü yerdədir.
Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Real"ın baş məşqçisidir. O, 2013-2015-ci illərdə də Madrid təmsilçisinə rəhbərlik edib.