"Mançester Siti"nin hücumçusu Erlinq Haaland ata olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb. O, əvvəlcə UEFA Millətlər Liqasının 3-cü turunun Norveç - Sloveniya (3:0) oyununda dubl edib. 24 yaşlı forvard 2-ci qolu qeyd edərkən ata olacağını bildirib. Haaland qol sevinci zamanı formasının altına topu yerləşdirib ə sevgilisinin hamilə olduğuna işarə edib.