“Napoli” klubunun gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
“İki sahil” xəbər verir ki, 23 yaşlı hücumçu ötən ay keçirdiyi 3 oyunda 2 qol və 1 məhsuldar ötürməyə imza atmaqla bu uğura nail olub.
O, səsvermədə Qleyson Bremer ("Yuventus"), Santyqao Kastro ("Bolonya"), Patrik Kutrone ("Komo"), Federiko Dimarko ("İnter") və Kristian Pulişiçi ("Milan") qabaqlayıb.