"Qarabağ" dünya klublarının reytinq siyasında 8 pillə geriləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb. Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. 17 pillə artıran "Sabah" isə 411-cidir. 503 klubun olduğu siyahıda "Neftçi" yer almayıb.
Qeyd edək ki, İspaniyanın "Real" komandası (420 xal) liderdir. İngiltərənin "Mançester Siti" klubu (364 xal) ikinci, Almaniya təmsilçisi "Bayer 04" (362 xal) üçüncüdür.