Oktyabrın 10-da saat 10:00-dan etibarən Yasamal rayonunda yaşayış binasına təbii qazın verilməsi ilə əlaqədar qaz xəttinin mövcud şəbəkəyə qoşulması, "Qaz İxrac" İdarəsi tərəfindən "Şamaxı" QPS-də və saat 09:00-dan etibarən "Ucar" QPS-də yeni tənzimləyici qurğuların quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu üzrə Sosial Evlər yaşayış kompleksinin, Şamaxı rayonunun (Şamaxı şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 15 kəndinin) və Ucar rayonunun (20 kənd) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir