09 oktyabr 2024 15:52
332

Rəşad Sadıqov əməliyyat olunub

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov qasıq nahiyəsindən əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, Türkiyədə əməliyyat olunan 42 yaşlı mütəxəssisin durumu yaxşıdır.

Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının X turunda, oktyabrın 20-də "Sabah"la qarşılaşacaq.