Voleybol üzrə qadınlar və kişilər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunacaq ölkə kuboku və 2024-2025-ci illər mövsümü üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə Azərbaycan Voleybol Federasiyasının Prezidenti Şahin Bağırov, virse-prezident Faiq Qarayev, Bəhruz Quliyev, baş katibi Faiq Orucov iştirak edib.
Püşkatmada qrupların tərkibi müəyyənləşib.
Qadınlar
A qrupu
"Gəncə"
"Yunek"
"Azərreyl"
B qrupu
"Abşeron"
"Milli aviasiya"
"Murov Azterminal"
Kişilər
A qrupu
"Gənclər"
"Azərreyl"
"Neftçi"
B qrupu
"Murov Azterminal"
MOİK
"Xilasedici"