08 oktyabr 2024 17:49
337

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Rəcəbli (72 kq) Qazaxıstanın Çimkənd şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunan ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edən U-20 millimizin digər 3 üzvü isə fəxri kürsüyə yüksələ bilməyib.

Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.