AFFA tərəfindən Bakıda UEFA-nın B və C kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Kurslar oktyabrın 14 və 15-də baş tutacaq.