08 oktyabr 2024 09:24
281

U-23 millimiz bu gün ikinci matçını keçirəcək

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün ikinci matçını keçirəcək.

“İki sahil” xəbər verir ki,  yığma Hindistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı vaxtı ilə 18:45-də başlayacaq. Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya müqavimət göstərə bilməyib - 1:26.

Qeyd edək ki, Azərbaycan millisi sabah Çexiya ilə üz-üzə gələcək.