UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək Fransanın "Lion" kollektivi qonaq komandanın azarkeşlərinin stadiona girişini qadağan edəcək.
“İki sahil” xəbər verir ki, meydan sahibləri 7 il əvvəl baş vermiş insident və digər qayda pozuntularının təkrarlanmasının qarşısını almaq məqsədi ilə bu addımı atıb.
2017-ci ildə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Lion”un “Beşiktaş”ı qəbul etdiyi qarşılaşmada türkiyəli azarkeşlər tribunaların yuxarı mərtəbələrindən stadiona tərəf fişənglər atıblar. Bu səbəbdən matç başlamalı olduğu vaxtdan gec start götürüb.
Qeyd edək ki, "Lion" Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq. Noyabrın 28-də keçiriləcək matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.