“Aston Villa” futbolçusu Con Duranın müqaviləsini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı kolumbiyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, Duran hazırda komandanın bombardiridir. O, 10 oyunda 6 qol vurub.