Azərbaycan Premyer Liqasının IX turu “Qarabağ” klubunun futbolçusu Toral Bayramov üçün əlamətdar olub.
"İki sahil"in Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, o, ölkə çempionatlarında 100-cü oyununu keçirib. 23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.
Bütün oyunlarını “Qarabağ”ın heyətində keçirən Toralın debütü 2019/2020 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də, “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.