06 oktyabr 2024 17:45
311

Komanda yarışlarında komandamız dünya çempionatını medalsız başa vurub

Taciskistanın paytaxtı Düşənbədə gənclər arasında dünya çempionatı sona çatıb.

"İki sahil" İdman.biz-ə istinadən xəbər verir ki, son gündə komanda yarışlarında qaliblər bəlli olub. Azərbaycan cüdoçuları mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda komandamızın işi çətin olmayıb. Təmsilçilərimiz Türkmənistanı 4:0 hesabı ilə məğlub ediblər. Millimiz eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komandamız dünya çempionatını medalsız başa vurub.

Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal qazanıb.