"Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı iş ortaya qoydu. Həmişə komandamdan daha artığını istəyirəm. Futbolçular mənim istədiyim oyunu göstərməyə çalışırlar. Oyun baxımından daha da rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir".
“İki sahil” xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib:
O, bildirib ki, hər məşqçi öz komandasına güvənməlidir: "Bu komandanı formalaşdıranda çətinlik çəkirdik. Amma istədiyimiz futbolçuları heyətə cəlb edə bildik. Oyun planında daha da artıra bilərik. Bizə inanmasalar da, mən futbolçularıma inanıram. Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək". (sportal.az)