05 oktyabr 2024 23:34
344

Yaxşı oynamaq istəyirsinizsə, belə uşaq səhvləri etməməlisiniz - Krunoslav Renduliç

"Oyuna çox yaxşı başladıq. 5-ci dəqiqədə qol vurduq. Əfsuslar olsun ki, 3 dəqiqə sonra səhv etdik. Yaxşı oynamaq istəyirsinizsə, belə uşaq səhvləri etməməlisiniz. Rəqib 35 metrdən uzun topla fərqlənir. Mən buna şərh verməyə çətinlik çəkirəm. Qol buraxdıqdan sonra birinci hissədə pis oynadıq. Sanki futbolçuların ayaqları getmirdi. İkinci toplarda problemimiz var idi. İkinci hissədə daha yaxşı oynadıq. Amma nəticədə bərabərliyə razı olduq".

“İki sahil” xəbər verir ki,  bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 9-cu turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, qeyd edib ki, hədəflədiyimizdən 2-3 xal az toplamışıq: "Birinci dövrədə heç nədən xallar itirdik. "Qarabağ"la oyunda xal qazanmağa layiq idik. Amma ötən mövsümün ilk dövrəsi ilə müqayisə etsək, bu il çox yaxşıyıq. İrəlidə çox oyun var. İkinci dövrədə daha çox xal toplayacağıq". (sportal.az)