İspaniyanın "Real" (Madrid) klubunun sabiq üzvü Xese Rodriqes Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun komanda yoldaşı olub.
“İki sahil” xəbər verir ki, 31 yaşlı ispaniyalı hücumçu Malayziyanın “Cohor Darul Takzim” kollektivi ilə anlaşıb. Xese 2011-2016-cı illərdə "Real"ın şərəfini qoruyub.
Qeyd edək ki, Azərbaycan yığmasının hücumçusu Eddi İsrafilov cari mövsümün əvvəli "Neftçi"dən ayrılaraq “Cohor Darul Takzim” komandasına keçib.