Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası doğma meydanda "Proyssen"ə qalib gəlib.
“İki sahil” xəbər verir ki, qarşılaşma II Bundesliqanın VIII turuna təsadüf edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.