Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb.
“İki sahil” xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığmasını 7:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İngiltərədən güclü olub - 4:0. Seçməmiz oktyabrın 7-də İspaniya (saat 20:00) ilə qarşılaşacaq.