05 oktyabr 2024 12:40
311

Rəqib komandanın futbolçusunu dişlədi və cəzalandırıldı

İngiltərənin "Preston" klubunun hücumçusu Milutin Osmaiç rəqib komandanın futbolçusunu dişlədiyi üçün 8 oyun cəzalandırılıb.

“İki sahil” xəbər verir ki, insident Çempionşipin VI turunda "Blekbörn"lə qolsuz heç-heçə ilə yekunlaşan matç zamanı baş verib. Komandalar arasında yaranan qalmaqalda 25 yaşlı forvard rəqibin müdafiəçisi Ouen Beki boynundan dişləyib. İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırıb və M.Osmaiçi təqsirli bilib. Beləliklə monteneqrolu oyunçu 8 matç cəzalandırılıb, 15 min funt sterlinq cərimə alıb.