05 oktyabr 2024 08:02
294

Güləşçimiz beynəlxalq turnirda bürünc medal qazanıb

Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın bir neçə üzvü iştirak edir. Dünən onlardan biri Kamran Rəcəbli (72 kq) fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri də mübarizə aparır.