"İnana bilmirəm ki, bütün bunlar mənim başıma gəlir, sanki yuxudayam".
“İki sahil” xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Kəpəz"ə məğlub olduqları Premyer Liqanın IX turunun oyunundan sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəbləri barədə danışıb: “Nadir hallardan biridir ki, bugünkü oyun barədə düşündüyümü təhlil edib sizə deyə bilmirəm. Çünki bu cür matçları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Hazırda çətin vəziyyətdəyəm, inana bilmirəm ki, bütün bunlar mənim başıma gəlir, sanki yuxudayam. Buna görə də oyunun təhlilini ertələyirəm. Azarkeşlərimiz mənim ünvanıma heç də xoş olmayan ifadələr işlədirdilər. Onlardan nəinki inciyirəm, əksinə, inanılmaz dərəcədə səbr göstərdiklərinə görə onlara təşəkkür edirəm. Azarkeşləri başa düşürəm, onlara böyük hörmətim var. “Neftçi”dəki işimə görə pərişan deyiləm. Bunu faciə kimi yox, məğlubiyyət kimi qəbul edirəm”.
Qeyd edək ki, ölkə çempionatının IX turunda "Neftçi" səfərdə "Kəpəz"ə 3:4 hesabı ilə məğlub olub.