16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ikinci oyununu keçirib.
“İki sahil” xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Türkiyə seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.