"Sevilya"dan ayrılan Serxio Ramos hələ də özünə yeni klub tapa bilməyib.
“İki sahil” xəbər verir ki, 38 yaşlı müdafiəçi bir neçə klubla danışıqlar aparır. Lakin onlardan yalnız "Yuventus" Ramosu transfer etməkdə israrlıdır.
“Tuttosport”un məlumatına görə, “Yuventus” çarpaz bağ zədəsi səbəbindən uzun müddətdir sıradan çıxmış braziliyalı Qleison Bremerə əvəzləyici axtarır. Byankoneri rəhbərliyi hesab edir ki, “Real”ın keçmiş kapitanı hazırkı vəziyyətdə Tiaqo Mottanın komandasını gücləndirməyə qadirdir.
Xatırladaq ki, 38 yaşlı Ramos 2023-cü ilin yayında azad agent kimi “Sevilya”ya qayıtmışdı. Ötən mövsüm müdafiəçi komandanın heyətində bütün turnirlərdə 37 oyun keçirib və 7 qol vurub. Bu yay futbolçunun komanda ilə müqaviləsi başa çatıb.
İspaniya millisinin sabiq futbolçusu bundan əvvəl "Real Madrid" və "Paris Sen-Jermen"də də çıxış edib.