Türkiyə millisinin UEFA Millətlər Liqasında Monteneqro və İslandiyaya qarşı keçirəcəyi matçlar üçün heyəti müəyyənləşib.
“İki sahil” xəbər verir ki, baş məşqçi Vinçentso Montella komandaya 27 futbolçu cəlb edib:
Qapıçılar: Altay Bayındır, Mert Günok, Muhammed Şengəzər, Uğurcan Çakır
Müdafiəçilər: Abdulkərim Bardakçı, Emirhan Topçu, Eren Elmalı, Fərdi Kadıoğlu, Mərt Müldür, Merih Dəmiral, Zəki Çəlik, Samet Akaydın
Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Arda Gülər, Kənan Yıldız, İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Semih Kılıçsoy, Yunus Akgün
Hücumçular: Ahmet Kutucu, Bertuğ Yıldırım, Barış Alpər Yılmaz
Qeyd edək ki, Türkiyə millisi oktyabrın 11-də Monteneqro ilə, 14-də isə İslandiya ilə qarşılaşacaq.