Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev İkinci Qarabağ müharibəsi ərzində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının dördüncü ildönümü ilə bağlı "X"də paylaşımında qeyd edib.
PA rəsmisi bildirib ki, 4 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan "Skad" ballistik raketləri ilə vuruldu:
"Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi. Məqsəd geniş miqyasda mülki tələfata səbəb olmaq və dəhşət yaratmaq idi".
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir