UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İspaniyada “Real Sosyedad”la qarşılaşan Belçikanın “Anderlext” klubunun 8 azarkeşi həbs edilib.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, buna onların tribunalarda yol verdiyi qanunsuzluqlar səbəb olub. Görüş zamanı tribunalarda bir neçə qanun pozuntusu qeydə alınıb. Yerli təhlükəsizlik departamentinin məlumatına görə, azarkeşlərdən biri hökumət rəsmilərinə hücum etdiyinə, biri ictimai asayişi pozduğuna, digəri isə stadiona zərər vurduğuna və təhlükəsizlik agentlərinə müqavimət göstərdiyinə görə həbs edilib.
Matç zamanı belçikalı fanatların yerli azarkeşlərə əşyalar, xüsusilə stul parçaları atdığı bildirilib. Görüşdən sonra “Anderlext” rəhbərliyi üzr istəyib və ümumilikdə 8 nəfərin həbs olunduğunu təsdiqləyib.
Qeyd edək ki, “Real Sosyedad” - “Anderlext” görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.