Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edib. Matç "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Həmçinin oxuyun: "Qarabağ", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın oyunları bu kanallarda
Avropa Liqası, Liqa mərhələsi
II tur
3 oktyabr
20:45. “Qarabağ” (Azərbaycan) - “Malmö” (İsveç) - 1:2
Qollar: Olaviyo Juninyo, 15 (1:0), Erik Botheym, 20 (1:1), 47 (1:2)
Hakimlər: Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.