03 oktyabr 2024 16:42
89

Məzahir Pənahov: Həm prezident, həm parlament seçkiləri bizi qane etdi

Həm prezident, həm parlament seçkiləri bizi qane etdi.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, qurumun təsdiq etdiyi seçkilərlə bağlı maarifləndirmə proqramı çox əhatəli idi:

"Bütün beynəlxalq qurumlar təcrübə mübadiləsi aparmağa müsbət yanaşdılar. MSK prosesləri lazımi səviyyədə yerinə yetirə bildi. Komissiya üzvlərinə təşəkkür edərək, növbəti tədbirlərə hazırlaşmağı tövsiyə edirəm".