Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, “AKS-74” markalı avtomat silah götürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir
“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq
Beynin səssiz siqnalları: Vaxtında fərq edilməyən əlamətlər hansı təhlükələrdən xəbər verir?