03 oktyabr 2024 11:53
89

Nizami Səfərov: Dekolonizasiya bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır

Bu gün dekolonizasiya bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır və beynəlxalq ictimaiyyət birgə səylərlə bu problemin həll yolunu tapmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasəti" adlı konfransda deyib.

“Müasir dekolonizasiya diskursunun XX əsrin əvvəllərində formalaşmasına və 80 keçmiş müstəmləkənin müstəqillik əldə etməsinə baxmayaraq, hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün bu proses məntiqi-hüquqi sonluğa çatmayıb”, – o bildirib.

N.Səfərov qeyd edib ki, 1945-ci ildə müstəmləkə əsarətində olan əhalinin sayı 750 milyon nəfər idisə, hazırda bu rəqəm 2 milyon nəfərə çatıb.

"Lakin beynəlxalq birlik səylərini bu rəqəmi sıfıra endirməyə yönəltməlidir", – deputat vurğulayıb.