Seneqal millisinin baş məşqçisi Aliu Sisse postundan ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası məlumat yayıb.
Ölkənin İdman Nazirliyi yığmanın qarşısına qoyulan məqsədə çata bilmədiyi üçün 48 yaşlı mütəxəssislə müqaviləni uzatmaqdan imtina edib.
Qeyd edək ki, Sisse 2015-ci ildən milliyə başçılıq edir və 2021-ci ildə Seneqalla Afrika Millətlər Kubokunun qalibi olub.