02 oktyabr 2024 13:59
318

Azərbaycan futbolu üçün vacib oyuna çıxacağıq - Juninyo

"Sabah Azərbaycan futbolu üçün vacib oyuna çıxacağıq".

“İki sahil” xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Olavio Juninyo UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Braziliyalı forvard son üç avrokubok matçında qol vura bilməməsinə münasibət bildirib: "İmkanlarım olsa da, son nöqtəni qoya bilmirəm. Baş məşqçimiz də məşqlərdə mənə kömək edir. Əlimdən gələni edəcəyəm".

Juninyo bu cür turnirlərdə oyanmağın özü üçün böyük motivasiya olduğunu söyləyib: "Çempionlar Liqası və ya Avropa Liqasında oynamağın mənim üçün fərqi yoxdur. Əlbəttə, qitənin bir nömrəli klub turnirində iştirak etmək hər bir futbolçunun xəyalıdır. Oyunumda heç bir geriləmə yoxdur. Həminki Juninyoyam. Əlimdən gələni etmək üçün çalışıram".

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.