Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.
“İki sahil” xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 590 xalla ilk pillədə yer alıb. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (500), Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 470 xalla üçüncüdür.
Qeyd edək ki, sıralamaya uyğun olaraq ilk "10-luq"da həmçinin kişi idman gimnastı Nikita Simonov (340 xal), cüdoçu Elcan Hacıyev (320 xal), atlet Anna Skidan (315 xal), digər cüdoçular Balabəy Ağayev (310 xal), Yaşar Nəcəfov (300 xal), Leyla Əliyeva (290 xal) və Zelim Tçkayev (280 xal) yer alıblar.