02 oktyabr 2024 09:20
300

Millimiz “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ilk oyununu keçirəcək

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ilk oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən  verilən məlumata görə, təmsilçimiz Bakı vaxtı ilə saat 16:00-da Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın U-16 yığması yarışda növbəti oyununu oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyəyə qarşı keçirəcək.