01 oktyabr 2024 16:13
85

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Xidmətdən məlumat verilib.

Sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.