"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Anastasios Papapetru idarə edəcək. Trifon Petropulos və Yordanis Aptosoqlu baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Angelos Evangelu, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Loran Duhamel (Fransa) hakim-inspektor, Aleksandr Keplin (Qazaxıstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.