Azərbaycan triatlonçuları İspaniyanın Barselona şəhərində keçiriləcək Ironman məsafəsi üzrə beynəlxalq yarışda iştirak edəcəklər.
Azərbaycan Triatlon Federasiyasından "İki sahil"ə verilən məlumata görə, turnirdə “Tritterra Baku Triathlon Club”nun idmançıları Oleksandr Mordasov, Teymur Fərəcov, Kamil Əliyev, Fəxri Əkbərov, Oleq Kuçerov, İzzət Nəfiyev, Tural Mahmudov və Samir Cavadov medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Ironman normasını yerinə yetirmək uğrunda idmançılar üç sınaqda iştirak edəcək. Onlardan 3,8 km məsafədə üzmək, 180 km velosiped sürmək və 42,2 km marafon məsafəsində yürüşdə iştirak etmək tələb olunur.
Oktyabrın 6-da start götürəcək turnirdə 60 ölkədən 3 000 idmançının iştirakı planlaşdırılır.