Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turuna start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk gündə 9 matç keçiriləcək.
“Arsenal” evdə PSJ-ni qəbul edəcək. Dortmundda “Borussiya” “Seltik”lə qarşılaşacaq. "Bayer" "Milan"la, "Barselona" "Yanq Boyz"la üz-üzə gələcək.
"Mançester Siti" isə "Slovan"ın qonağı olacaq.
Qeyd edək ki, tura oktyabrın 2-də yekun vurulacaq.
Çempionlar Liqası, liqa mərhələsi
2-ci tur, 1 oktyabr
20:45. “Zalsburq” (Avstriya) – “Brest” (Fransa)
20:45. “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya)
23:00. “Arsenal” (İngiltərə) – PSJ (Fransa)
23:00. “Barselona” (İspaniya) - “Yanq Boyz” (İsveçrə)
23:00. “Bayer” (Almaniya) – “Milan” (İtaliya)
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Seltik” (Şotlandiya)
23:00. “İnter” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)
23:00. PSV (Niderland) – “Sportinq” (Portuqaliya)
23:00. “Slovan” (Slovakiya) – “Mançester Siti” (İngiltərə)
2 oktyabr
20:45. "Jirona" (İspaniya) - "Feyenoord" (Niderland)
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Atalanta" (İtaliya)
23:00. "Aston Villa" (İngiltərə) - "Bavariya" (Almaniya)
23:00. "Benfika" (Portuqaliya) - "Atletiko" (İspaniya)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa)
23:00. "Lill" (Fransa) - "Real" (İspaniya)
23:00. "Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya)
23:00. "Leyptsiq" (Almaniya) - "Yuventus" (İtaliya)
23:00. "Şturm" (Avstriya) - "Brügge" (Belçika)