İtaliyanın Pesaro şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanan Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov vətənə qayıdıblar.
“İki sahil” xəbər verir ki, idmançıları daşıyan təyyarə saat 01:59-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Onları hava limanında yaxınları, Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.