30 sentyabr 2024 23:50
93

İsrail ordusu Livan ərazisində: QURU ƏMƏLİYYATI BAŞLADI

İsrail ordusunun anonsunu verdiyi quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olduğu bildirilir.

“İki sahil” xəbər verir ki,  yerli jurnalistlər xəbər verir ki, İsrailin zirehli texnikası Metula bölgəsində Livanla sərhədi keçib.

İsrail ordusu Livanın cənubunda dəfələrlə elan etdiyi quru əməliyyatlarını başladıb. İsrailin sərhəddə 20 kilometrlik bufer zona yaratmağı planlaşdırıdığı bildirilir. Livan qoşunları Livanın cənub sərhədi boyunca İsraillə sərhədin beş kilometr şimalındakı mövqelərdən geri çəkilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, İsrail Livanda bir sıra məhdud quru əməliyyatları barədə ABŞ-ı məlumatlandırıb.