30 sentyabr 2024 19:43
100

İran və Rusiya sanksiyalara qarşı mübarizədə əməkdaşlığı gücləndirə bilər

İran və Rusiya də Qərbin sanksiyalarına qarşı mübarizə məsələsində əməkdaşlığı daha da gücləndirə bilər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə görüşündə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz əlaqələrimizi gücləndirmək üçün daha çox səy göstərə bilərik. Xüsusən də ölkələrimizə qarşı tətbiq olunan sanksiyalara qarşı əməkdaşlıq edə bilərik”, - İran lideri deyib.