30 sentyabr 2024 18:05
109

Paytaxtda iki nömrəli müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Azərbaycan paytaxtında 60 nömrəli müntəzəm marşrut xətti "BakuBus MMC-nin istismarında olacaq.

“İki sahil” bu barədə şirkətə istinadla xəbər verir.

Xatırladaq ki, sözügedən marşrut xətti Bakının Xətai rayonunun Polad Həşimov küçəsi ilə metronun "Koroğu" stansiyasını birləşdirir.

Bundan başqa, sabahdan "Koroğlu" ilə paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsini birləşdirən 172 nömrəli müntəzəm marşrut xətti dəyişdirilərək 150 nömrəli marşrut xətti kimi "BakuBus"un istismarında olacaq.