Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından "İki sahil"ə verilən məlumata görə, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.
Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.
Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.